Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Biz gedərik, ancaq qalar ruzigar, biz ölərik, əsər qalar yadigar

17.07.2024

Masallı Tarix-Diyarşünaslıq Muzeyində Maddi mədəni irsin qorunması və təbliği məqsədilə tədbir keçirilib.

“Biz gedərik, ancaq qalar ruzigar, biz ölərik, əsər qalar yadigar” adlı maarifləndirici tədbirdə Masallı Tibb məktəbinin müəllim və tələbələri iştirak ediblər.

İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Muzeyin kiçik elmi işçisi Dilğüşə Məmmədova çıxış edərək bildirib ki, əsrlər boyu dünyada yaşayan xalqların maddi-mədəni irsi üçün ən böyük təhlükələr dağıdıcı müharibələr, insan iradəsindən kənar təbii fəlakətlər idisə, bu gün qloballaşma prosesləri də maddi-mənəvi irs üçün ciddi təhdidlərə çevrilib. Ona görə də milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği, eləcə də beynəlxalq səviyyədə mədəni irsinin müdafiəsi və mühafizəsinə dəstək hazırda bütün ölkələrin yerinə yetirməli olduğu işdir.

Azərbaycanda dünyanın qədim mədəniyyət mərkəzlərindən biri kimi, malik olduğumuz tarixi, dini, memarlıq abidələrin qorunması, bərpası, saxlanması və təbliği işi inkişafı baxımından çox önəmlidir.

Sonda iştirakçılar muzeyə ekskursiya edərək bölgənin maddi-mədəni irs nümunələri ilə yaxından tanış olublar.