25.06.2024
Lerik rayon Heydər Əliyev Mərkəzində 26 iyun Beynəlxalq Narkomaniya və Narkobiznesə qarşı mübarizə günü ilə əlaqədar “Narkomaniyaya qarşı mübarizə hər birimizin vətəndaşlıq borcudur” mövzusunda maarifləndirici tədbir keçirilib.
Lerik Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik - leytenant Anar Şıxəliyev, Lerik Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşı Vüqar Mirzəyev, Lerik Rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, rayon Gənclər və İdman Sektorunun müdiri Natiq İsaqov çıxış edərək narkomaniyanın insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vurduğunu, sosial - iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına böyük təhlükə olduğunu, cinayətkarlığın artmasına şərait yaratdığını qeyd ediblər.
Tədbirdə “Narkomaniyaya yox deyək” mövzusunda videoçarx nümayiş olunub.
Sonda şagirdləri və gəncləri maraqlandıran suallar cavablandırılıb.