Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qüdrətli və Müzəffər Ordumuz

25.06.2024

Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə Lerik rayon Heydər Əliyev Mərkəzində rayon Gənclər və İdman Sektorunun, rayon Tarix-Diyarşünaslıq Muzeyinin muzeyinin və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə rayonunun ümumtəhsil məktəblərinin şagirdləri və gənclər iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin 23 may 1988-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə yaradılmış Əlahiddə Azərbaycan Korpusunun təşəkkül tapdığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü kimi təqvimimizə qızıl hərflərlə hikk olunub. Bu gün ölkəmiz qüdrətli Orduya sahibdir. Müzəffər Ordumuz erməni işğalı altında olan torpaqlarımızı azad edib. Xalqımız şanlı ordumuzla qürur duyur, fəxr edir.