25.06.2024
Astara rayon Heydər Əliyev Mərkəzində “Ordu ölkəmizin, millətimizin, dövlətlətimizin, müstəqilliyimizin dayağıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan Zabitlər Konfederasiyası Astara rayon təşkilatı, MİHİ Astara rayon komitəsi, Astara rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatı, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri içtimai birliyinin Astara rayonu üzrə filialı, Astara rayon Veteranlar Şurası, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektoru, Astara Dövlət Rəsm Qalereyası, Astara rayon Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzi Kitabxananın əməkdaşları və Vətən müharibəsi qazisi Samid Əhədov iştirak edib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd edib ki, 26 iyun 1918-ci il tarixli qərarla Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı və bununla da milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım atıldı.
Sonra “Ulu Öndər Heydər Əliyev və ordu quruculuğu” mövzusunda film nümayiş olunub.
Daha sonra mərkəzin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.
Mövzu ətrafında çıxışlar dinlənildikdən sonra tədbirə yekun vurulub.
Yekunda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin və Astara Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə hazırlanmış rəssamlıq dərnəyi şagirdlərinin əl işlərindən və mərkəzin elektron kitabxanasında saxlanılan kitablardan ibarət sərgiyə baxış keçiriblər.