Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımıda ”Dünya hərb tarixinə yeni səhifə yazan qüdrətli Azərbaycan Ordusu” adlı tədbir keçirilib

25.06.2024

İyunun 25-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin, Yardımlı rayon İcra Hakimiyyətinin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİHAİ) Yardımlı rayon komitəsinin, Gənclər və İdman İdarəsinin və rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə mərkəzdə "26 iyun - Silahlı Qüvvələr Günü"nə həsr olunan "Dünya hərb tarixinə yeni səhifə yazan qüdrətli Azərbaycan Ordusu" adlı tədbir keçirilib.

Tədbirdə RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Əliyev, Şəhid ataları - Ədalət Qarayev və Vaqif Zeynalov, Vətən Müharibəsi iştirakçıları, qazilər, rayon təhsil sektorunun müdiri Kamal Təhməzov, ATİHAİ Yardımlı rayon komitəsinin sədri Azər Əkbərov, Gənclər İdman İdarəsinin Yardımlı rayon sektorunun rəhbəri Şəhriyar Şəbiyev, həmçinin digər müəssisə və təşkilatların əməkdaşları iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəman Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra tədbirdə çıxış edənlər ölkəmizdə Milli ordunun yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin hələ 1969-1982-ci illərdə hakimiyyəti dövründə Azərbaycanda hərb sənətinin inkişafına yönəlmiş addımlarından bəhs ediblər.

Daha sonra "Şuşa sən azadsan" filmi nümayiş olunub.

Yekunda tədbir iştirakçıları "Ordumuz qürurumuzdur" adlı sərgi ilə tanış olublar, Şəhid atalarına, Vətən Müharibəsi iştirakçılarına və qazilərə əlamətdar gün münasibətilə hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.