Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

26 İyun -Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü

25.06.2024

 Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində 26 İyun -Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ilə əlaqədar olaraq tədbir keçirilib

Tədbirdə Astara Gənclər evinin müəllimləri Nigar Əbilov,Nəzrin Rzazadə və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova açaraq bildirib ki, hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biri də onun silahlı qüvvələridir.Azərbaycan ordusunun

1918-ci ildən başlayan keşməkeşli və şərəfli inkişaf yolu hərb tariximizin möhtəşəm səlnaməsidir. Sevindirici haldır ki,zamanın sınağından alnıaçıq,üzüağ çıxan silahlı qüvvələrimiz istənilən hücumnan qorunmağa qadir bir qüvvə kimi günümüzün danılmaz reallığına çevrilmişdir.Bu uğuru ümummilli lider Heydər Əliyev həyata keçirmiş və Ali baş komandan İlham Əliyev davam etdirərək müzəffər ordumuzla birlikdə 30 illik yurd nisgilinə son qoyaraq torpaqlarımızı azad edərək müzəffər ordunun zəfərini qazandıq.Bu gün münasibəti ilə Azərbaycan xalqını təbrik edirik.

Sonra Gənclər evinin müəllimi Nigar Əbilov mövzu ətrafında çıxış edib.

Yekunda gənclərin təqdimatları dinlənilib və sualları cavablandırılıb.