Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mənim Azərbaycanım

26.06.2024

Lənkəran Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 106-ci il dönümü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsində kitab sərgisi və konsert proqramı təşkil olunub.

Lənkəran Mərkəzi Kitabxanasının direktor əvəzi Arzu Rufullayeva hərbi hissənin əsgər və zabit heyətini sərgi ilə tanış edib.

Sonra Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı nümayiş olunub.