25.06.2024
Astara rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan Zabitlər Konfederasiyasının Astara rayon təşkilatı, Astara rayon Mədəniyyət İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsi, Astara rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatı, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri içtimai birliyinin Astara rayonu üzrə filialı, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektoru, Dövlət Rəsm Qalereyası, Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzi Kitabxana əməkdaşlarının və 44 günlük Vətən müharibəsi qazisi Samid Əhədovun iştirakı ilə “Narkomaniyaya qarşı mübarizə hər kəsin vətəndaşlıq borcudur” mövzusunda tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd edib ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Onun yaratdığı problemlər cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarır.
Sonra “Narkomaniya əsrin bəlasıdır” mövzusunda film nümayiş olunub.
Daha sonra mərkəzin baş fond mühafizi Elza Kazımova məruzə ilə çıxış edib.
Movzu ətrafında çıxışlar dinlənildikdən sonra tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin elektron kitabxanasında saxlanılan kitablar və rəssamlıq dərnəyi üzvlərini əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.