24.06.2024
Masallı Tarix - Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Regional Kollecin birgə əməkdaşlığı ilə "Biz narkotikə yox deyirik" mövzusunda maarifləndirici tədbir keçirilib.
Kollecdə keçirilən tədbirdə tələbələr və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan kollecin direktor müavini Namiq Ağayev gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olmaları ilə bağlı zəruri tövsiyələr verərək əsrin bəlasına çevrilən narkomaniya bəlasının acı fəsadları barədə danışıb.
Daha sonra çıxış edən Muzeyinin direktoru Əntiqə Tağıyeva, Masallı rayon Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla iş üzrə İnspektoru polis kapitanı Samid Əliyev,kollecin əməkdaşı Baba Həsənov, Dilarə Hüseynova bildiriblər ki , narkomaniya müasir dövrdə bütün bəşəriyyəti narahat edən, əsrimizin bəlasına çevrilən ağ ölüm adlandırılan narkomaniya ilə mübarizə dövlətimizin və cəmiyyətimizin qarşısında duran əsas vəzifələrindən, gənclərin iştirakı ilə keçirilən belə maarifləndirici görüşlərin vacibliyindən, insanların sağlamlığını və həyatını ciddi təhlükə altına atan, əxlaqı və mənəvi dəyərləri sarsıdan, bir sözlə həyatı iflic edən narkomanlığa mübarizədə hər birimiz barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyyətli mübarizə aparmalıyıq.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.