Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şanlı Ordumuzun Şanlı Bayramı

25.06.2024

İyunun 25-də Cəlilabad rayon Mərkəzi Kirabxanasında şəhid Mirlətif Ağayev adına MMC Təbib tibb kursu tələbələrinin iştirakı ilə 26 iyun Silahlı Qüvvələr Günü ilə əlaqədar "Şanlı Ordumuzun Şanlı Bayramı" adlı dəyirmi masa keçirilib.

İlk öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzi kitabxananın əməkdaşları Nadir Şəmili və Müşahidə Nərimanova tədbir iştirakçılarına əlamətdar gün məlumat verərək, Qalib

Ordumuzun bütün şəxsi heyətini bayram münasibətilə təbrik edib, uğurlar arzulayıblar.

Yekunda tələbələr də mövzu ilə bağlı fikirlərini ifadə ediblər.