Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda Silahlı Qüvvələr Günü ilə əlaqədar dəyirmi masa keçirilib

26.06.2024

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və GİKM-in Lənkəran-Astara Regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə mərkəzdə 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ilə əlaqədar dəyirmi masa keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova görüş zamanı gənclərə Silahlı Qüvvələrin yaranma və inkişaf tarixi haqqında geniş məlumat verib. Ali Baş Komandanın başçılığı ilə Vətən müharibəsində qazanılan şanlı qələbənin uğurlu nəticəsinin tarixi əhəmiyyətini xüsusi vurğulayıb.

Sonra GİKM-in Lənkəran-Astara Regional nümayəndəliyinin rəhbəri Famil Məmmədov Silahlı Qüvvələrin yaranma və inkişaf tarixi haqqında geniş məlumat verib.

Tədbir “Kod adı: Yaşma” sənədli filmininin nümayişi ilə yekunlaşıb.