Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətənə sevdalı şəhidlər

11.07.2024

Cəlilabad rayon Mərkəzi Kitabxanasında şəhid Mirlətif Agayev adına MMC Təbib tibb kursu tələbələrinin iştirakı ilə Tovuz döyüşlərinin 4-ci ildönümünə həsr olunmuş "Vətənə sevdalı şəhidlər" mövzusunda tədbir keçirilib.

İlk öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra kitabxananın əməkdaşı Müşahidə Nərimanova tədbir iştirakçılarına məlumat verərək bildirib ki, Tovuz döyüşlərində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz gənclər üçün canlı vətənpərvərlik nümunəsinə çevrilib. Onların hər biri ayrı-ayrılıqda bir qəhrəmanlıq dastanı yaradıblar. Tovuz döyüşlərində ordumuzun göstərdiyi şücaət, bu döyüşlərin gənclərdə vətənpərvərliyin və milli ruhun güclənməsində böyük rolu olmuşdur. Tovuz döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini və həmrəyliyini nümayiş etdirməklə böyük "Zəfərə aparan yolun" başlanğıcıdır.

Yekunda tələbələr də mövzu ilə bağlı fikirlərini ifadə ediblər.