Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada TÜRKSOY-un yaranmasının 31illiyi ilə əlaqədar tədbir keçirilib

12.07.2024

Astara rayon Mədəniyyət Mərkəzində TÜRKSOY-un (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının) yaranmasının 31illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Ş.Bayramov TÜRKSOY-un tarixindən qısa məlumat verib.

Vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəmanların ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra TÜRKSOY-a həsr ounmuş film nümayiş olunub.

Sonra Astara Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova, Astara Tarix-Diyarşünaslıq muzeyinin direktoru vəzifəsini m.i.e. Şahin Əliyev, Astara rayon Mərkəzi Kitabxanasının direktoru vəzifəsini m.i.e Emil Baxşıyev çıxış edərək TÜRKSOY-un tarixi qolları, Türk dünyasının mədəniyyət paytaxtları, Azərbaycan Türkiyə mədəni əlaqələrində TÜRKSOY-un rolu barədə iştirakçılara məlumat veriblər.

Çıxışlarda eyni zamanda türk dilində danışan xalqlar, ölkələr və etnik qruplar arasında mədəni əlaqələrin inkişaf etdirilməsi, türk mədəniyyəti nümunələrinin araşdırılaraq öyrənilməsi, qorunması, Türk dünyasının görkəmli tarixi şəxslərinin dünyaya tanıtdırılmasında TÜRKSOY-un rolu qeyd edilib.

Sonda tədbir münasibəti ilə Dövlət Rəsm Qalereyasının hazırladığı sərgiyə baxış keçirilib.