Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli Mətbuat Günü

12.07.2024

 Lerik rayon Mərkəzi Kitabxanasında "Milli Mətbuat Günü" ilə əlaqədar dəyirmi masa keçirilib.

Çıxışlarda 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışından bəhs edilib. Vurğulanıb ki, Azərbaycan milli mətbuatının təməlini qoyan bu qəzet, iki il ömür yaşasa da, xalqın milli və müasir ruhda tərbiyə olunmasında mühüm rol oyanayıb.

Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir.