Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranın Nağıl təhsil mərkəzi Masallıda

12.07.2024

 Lənkəran Nağıl təhsil mərkəzinin yay düşərgəsinin müəllim və şagirdləri Masallı Tarix -Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasına ekskursiya ediblər.

Muzeyin elmi işçisi Dilgüşə Məmmədova və qalereyanın direktoru Təhmasib Məcidov müxtəlif yaş qrupunda olan uşaqlara bölgənin keçmişi və bu günü ilə bağlı maraqlı, rəngarəng məlumatlar verərək onları maraqlandıran mövzulara aydınlıq gətiriblər.