Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xatirələri danışan məktublar

13.07.2024

Astara Şahağac kənd kitabxana filialının təşkilatçılığı ilə açıq havada «Xatirələri danışan məktublar» adlı kitabın müzakirəsi keçirilib.

Qeyd edək ki,Bu kitab 27 sentyabr 2020-ci il tarixində başlayıb 8 noyabr 2020-ci il tarixində Azərbaycanın böyük tarixi qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində ən ali məqama yüksələn Vətən oğullarının Vətənə əmanət olan övladlarının qəhraman ataları haqqında xatirələrinin toplususdur.

Bu kitabı ərsəyə gətirməkdə məqsəd onların qəhrəman ataları haqqında ən gözəl xatirələrinin toplanaraq əbədiləşdirilməsidir.