Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda ”Yaşıl dünya-Mavi səma” layihəsi çərçivəsində növbəti ekskursiya

14.07.2024

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və Qızılağac Milli Parkın birgə təşkilatçılağı ilə "Yaşıl dünya-Mavi səma" layihəsi çərçivəsində Lənkəran 2 nömrəli Ailə tipli kiçik qrup evinin (kimsəsiz) uşaqları üçün təbiətə növbəti ekskursiya təşkil olunub.

Bu dəfə uşaqlar Altıağac Milli Parkına ekskursiya ediblər.

Uşaqlara Park haqqında ətraflı məlumat verildikdən sonra onlar müxtəlif oyunlar oynayaraq əyləncəli vaxt keçirib, Altıağac Milli Parkının flora və faunası ilə yaxindan tanis olublar.

Qeyd edək ki, layihənin əsas məqsədi uşaqlara sevgi, mərhəmət, vətənpərvərlik hissini aşilamaq, onlara doğma diyarı, təbiətin füsunkar gözəlliklərini sevdirmək, özlərini atılmış deyil, cəmiyyətimiz üçün nə qədər gərəkli, dəyərli olduqlarını dərk etdirməkdir. Çünki dövlətimiz və cəmiyyətimiz onlara hər zaman qayğı ilə yanaşır.

Sonda qonaqpərvərliyə görə Altıağac Milli Parkının direktoru Dərgah Rüstəmova

və bütün əməkdaşlarına minnətdarlıq edilib, xatirə şəkilləri çəkilib.