Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı MKS-də Cəfər Cabbarlı-120

18.02.2019

   18 fevral 2019-cu ildə Masallı rayon Mərkəzi kitabxanasında görkəmli ədib Cəfər Cabbarlının anadan olmasının 120 illiyi  münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Əlhəddin Nəzərov bildirib ki, Azərbaycanın görkəmli dramaturqu və teatr xadimi C.Cabbarlı yaradıcılığa şeirlə başlasa da dramaturgiya janrında yazdığı  gözəl əsərləri ilə tanınmışdır. Xalqın tərəqqisinin ana xəttini mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca maraqlı səhnə əsərləri yaratmış, eyni zamanda incəsənətin müxtəlif sahələrində də fəaliyyət göstərmişdir. Sonra Biblioqrafiya Proseslərinin Avtomatlaşdırılması şöbəsinin sistem inzibatçısı Aygül Mirzəzadə yazıçının çoxşaxəli  ədəbi  yaradıcılığının  mühüm istiqamətlərindən biri olan dram əsərləri haqqında tədbir iştirakçılarına məlumat verib.