Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda gənc idmançı ilə görüş keçirilib

13.07.2024

Lənkəran Mərkəzi Kotabxanasında "Badminton" idman növü üzrə Respublika birinciliyində uğurla çıxış edən, Lənkəran şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Akif Qurbanov ilə görüş keçirilib.

Kitabxanasının direktor v.m.i.e Arzu Rufullayeva idmançını salamlayıb və Bakı şəhərində 15-16 yaşlı yeniyetmələr arasında ölkə birinciliyində uğurla çıxış edərək qızıl medal qazanmağı münasibətilə onu təbrik edib.

Sonra A. Rufullayeva ölkəmizdə idman sahəsinə Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan danışıb və qeyd edib ki, məhz bunun nəticəsidir ki, idmançılarımız olimpiyadalarda, Dünya və Avropa çempionatlarında ,beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmişlər. Bununla yanaşı Sevindirici haldır ki, rayonumuzun gənc idmançıları da idmanın müxtəlif növlərində yüksək nəaliyyətlər əldə etməkləri bizləri sevindirib.

Lənkəran Şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Akif Qurbanov uğurlu nəticələr əldə etdiyinə görə sevincli olduğunu bildirib və görüş üçün kitabxananın rəhbərliyi və kollektivinə təşəkkür edib.

Görüşün sonunda Lənkəran Mərkəzi Kitabxanasının "Təbrik Məktubu" Badmintonçu Akif Qurbanova təqdim olunub və xatirə şəkli çəkdirilib.