Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlil Məmmədquluzadə-milli istiqlal ədəbiyyatımızın sərkərdəsi

13.07.2024

Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli ədib Cəlil Məmmədquluzadənin anadan olmasının 155 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Həbibə Hüseynova bildirib ki, görkəmli yazıçı, böyük ictimai xadim Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında kiçik həcmli hekayənin böyük ustadı, tənqidi-realist nəsrin dahi yaradıcısı kimi böyük şöhrət qazanmışdır.Mirzə Cəlil Azərbaycan dramaturgiyasında tragikomediya mərhələsini yaratmışdır.

Orijinal bədii nəsri,dramaturgiyası və publisistikası ilə Cəlil Məmmədquluzadə Azərbaycan tənqidi realizm cərəyanın əsasını qoymuşdur.

Sonra kitabxananın digər əməkdaşı Arzu Hüseynova məruzə ilə çıxış edərək Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O,vurğulayıb ki yazıçı, dramaturq və ictimai xadim Cəlil Məmmədquluzadə Zaqafqaziya Müəllimlər Seminariyasını bitirmiş, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimliik etmişdir.İlk bədii əsəri sayılan “Çay dəstgahı” alleqorik pyesini, ”Danabaş kəndinin əhvalatları” povestini də bu dövrdə qələmə almışdır. Yaradıcılığı boyu publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını məzmun və formaca zənginləşdirmiş, Molla Nəsrəddin jurnalını təsis etməklə güclü mətbuat ənənəsi yaratmışdır.Qeyd olunub ki, onun “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hüriyyət”, “Qurbanəli bəy” hekayələri, məşhur “Ölülər” komediyası Azərbaycan realizmi və satirası tarixində şərəfli yer tutur. Yaradıcılığında milli şüur (“Anamın kitabı”),məktəb tərbiyəsi (“Danabaş kəndinin məktəbi”) problemlərinə geniş yer verilmişdir.