Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astara rayon Heydər Əliyev Mərkəzində “Uşaqların mədəni-estetik tərbiyəsi və onların inkişaf hüququnun təmin edilməsi” mövzusunda tədbir keçirilib

16.07.2024

“Uşaqlara dair Strategiyanın həyata keçiriməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı“nın icrası ilə əlaqədar iyulun 16-da Astara rayon Heydər Əliyev Mərkəzində C.Babayev adına şəhər 3 saylı tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə “Estetik tərbiyə və şəxsiyyətin mənəvi zənginliyi” movzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd edib ki, təhsilin ən əsas vəzifəsi yeni düşüncəli yaradıcı şəxsiyyətin formalaşdırılmasıdır. Həyatı gözəlləşdirmək, nəyisə qurub yaratmaq insanın əqidəsi, bacarığı, mövqeyi və qəlbindən asılıdır. Burada estetik tərbiyənin mühüm rolu vardır.

Tədbirdə mövzu ətrafında Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edərək bildiri ki, estetik tərbiyə hər zaman cəmiyyətin mənəvi həyatının zənginləşməsinin dayağıdır. Yeniyetmə şagirdlərin zövqü və estetik hissləri nə qədər mükəmməl olarsa, o, əxlaq kamilliyini, mədəni sərvətlərin dəyərini asanlıqla qavrayar. Bu gün ölkəmizdə uşaq hüquqları yüksək səviyyədə təmin olunur. Azərbaycan Respublikasının Prezidentİ cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uşaqlar dövlət tərəfindən qayğı və diqqətlə əhatə olunublar. Onların Vətənə layiqli vətəndaş kimi böyüməsi, vətənpərvər ruhda tərbiyə olunması, cəmiyyətdə öz yerlərini tutmaları üçün hər cür şərait yaradılıb. Uşaqların hüquqlarını qorumaq əslində elə onların özlərini qorumaq deməkdir. Onlar isə hər bir ölkənin, hər bir xalqın gələcəyidir.

Sonra mövzu ətrafında Mərkəzin əməkdaşı Aygün Rufullayevanın çıxışı dinlənilib.

Yekunda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin elektron kitabxanasında saxlanılan kitablardan təşkil olunmuş sərgiyə baxmış keçiriblər.