Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astara ziyallılarımızı tanıyaq

15.07.2024

Astara Mərkəzi Kitabxanasının Xidmət şöbəsinin əməkdaşları "Astara ziyallılarımızı tanıyaq" layihəsi çərçivəsində Astara rayon sakini Məmmədova Dilarə Murtuza qızına evində kitabxana xidməti göstəriblər.

Qeyd edək ki, Dilarə Məmmədova 1948-ci ildə Astara şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. 1968-ci ildə Astara şəhər M.Ə.Sabir adına 1 saylı orta məktəbi bitirmişdir.

1983-cü ildə Nəsrəddin Tusi adına Dövlət Universitetinin müəllimlik fakültəsinə daxil olmuş, 1988-ci ildə Universiteti bitirdikdən sonra elə həm ildə Astara şəhər M.Ə.Sabir adına 1 saylı orta məktəbində müəllim işləmiş, 1993-cü ildə isə Astara rayonunun Suparibağ kənd məktəbinə dərs hissə müdiri vəzifəsində çalışmışdır. Dilarə Məmmədova eyni zamanda müəllimliklə yanaşı bədii yaradıcılığıa “Dilarə Azəri ” təxəllüsü ilə başlamışdır. Çoxlu sayda lirik şeirlər, əfsanə və lətifələr, habelə bir neçə povest müəllifidir. Onun “Tənha çiçəklər”, “Qartal nə üçün qıy vurur”, “Sevgi fəryadı”, “Şehli qaya”, “Səni düşünürəm”, “Cənnət çiçəyi”, “O tayda yarım qalıb” kimi povest və şeirlər kitabının müəllifidir. Hal-hazırda Astara şəhərində yaşayır.