Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada şəhid ailəsi ziyarət edilib

11.07.2024

İyulun 11-də  Astara rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə şəhid Feyziyev Əli Malik  oğlunun doğum günü ilə əlaqədar ailəsi ziyarət edilib.

Qəhrəman şəhidimizin ailəsi ilə görüşdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Ş.Bayramov, Astara rayon Mədəniyyət İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin sədri H.Ramazanov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərdə öz töhfəsini verən şəhidlərimizin, o cümlədən Feyziyev Əlinin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını vurğulayıblar.

Şəhidin anası, Astara Heydər Əliyev Mərkəzinin əməkdaşı Rəfayət  Feyziyeva ailəsinin adından mədəniyyət işçilərinə, eləcə də ölkəmizdə şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.