Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Heydər Əliyev Mərkəzində Cəfər Cabbarlı-120

15.02.2019

15.02.2019-cu il tarixində  Masallı rayon Heydər Əliyev Mərkəzində  Cəfər Cabbarlının 120 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Cəfər Cabbarlı-120” mövzusunda tədbir keçirildi. Tədbirdə Yeddioymaq 2 saylı orta məktəbin 8,9-cu sinif şagirdləri və müəllimlər iştirak etdilər. Əvvəlcə şagirdlər Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən MKS-in 32 saylı filialında Cəfər Cabbarlının kitabları ilə yaxından tanış oldular. Daha sonra Mərkəzin direktoru Dilbər İbayeva tədbiri açıq elan etdi və bildirdi ki, 2019-cu ilin mart ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Qafar oğlu Cabbarlının anadan olmasının 120 illiyi tamam olur. Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər,yenilikvə müasirlik uğrunda  mübarizəni yaradıcılığının əsas qayəsinə çevirmişdir.

               Ulu Öndər Heydər Əliyev Cəfər Cabbarlı yaradıcılığına hər zaman ehtiramla yanaşıb və ən gözəl ifadələrlə onun şəxsiyyətini tərənnüm edib. Məhz buna görə də, böyük dramaturqun adının əbədiləşdirilməsi, əsərlərinin geniş şəkildə nəşr olunması üçün əsaslı qərarlar qəbul edilmışdir. Bütün bunlar Azərbaycan ədəbiyyatına və mədəniyyətinə göstərilən diqqət və qayğının təzahürüdür.”  Sonda Cəfər Cabbarlının həyat və yaradıcılğı haqqında videomaterial nümayiş olundu.