28.06.2024
Astara rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri içtimai birliyinin Astara rayonu üzrə filialı, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektoru, Astara Dövlət Rəsm Qalereyası, Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzi Kitabxana əməkdaşlarının və 44 günlük Vətən müharibəsi qazisi Samid Əhədovun iştirakı ilə “Azərbaycanda tarix elminin əsasını qoyan ilk tarixçi“ mövzusunda tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd edib ki, Azərbaycanda tarix elmində özünəməxsus yer tutan Abbasqulu ağa Bakıxanov "Qanuni-Qüdsi", "Əsrarül-mələküt", "Təhzibül-əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm" kimi əsərləri ilə böyük şöhrət qazanıb. Dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və digər elmlərə aid əsərləri onun hərtərəfli bir alim olduğunu göstərir.
Sonra mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edərək bildirmişdi ki, alimin ən dəyərli əsəri isə, heç şübhəsiz uzun illər boyu apardığı ciddi tədqiqatlar nəticəsində ərsəyə gəlmiş "Gülüstani-İrəm" əsəridir. Bu əsərlə o eyni zamanda Azərbaycan tarixşünaslığının əsasını qoyub. Azərbaycan və Dağıstan xalqlarının tarixindən bəhs edən "Gülüstani-İrəm" faktlarla olduqca zəngindir.
Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektorunun baş məsləhətçisi Bəhlul Rufullayev, Astara rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktor vəzifəsini müvəqqəti icra edən Şahin Əliyev, Astara Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayeva da mövzu ilə bağlı fikirlərini bildiriblər.
Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi şagirdlərinin əl işlərindən və mərkəzin elektron kitabxanasında saxlanılan kitablarından təşkil olunmuş sərgiyə baxış keçiriblər.