Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Səyyar kitabxana xidməti

27.06.2024

Astara rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin əməkdaşları tərəfindən Heydər Əliyev parkında səyyar kitabxana xidməti təşkil olunub.

Səyyar xidmət zamanı kitabxana fondunda olan yerli və xarici yazarların əsərləri nümayiş edilib.

Qeyd edək ki, xidmətin təşkil olunmasında məqsəd rayona gələn turistlərin asudə vaxtlarını səmərəli keçirməsidir.