Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astara ziyalılarımızı tanıyaq

28.06.2024

 Astara rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin əməkdaşları “Astara ziyalılarımızı tanıyaq ” layihəsi çərçivəsində Astara rayon sakini “Qızıl qələm ” mükafatı laureatı Qurbanov Adil Əhməd oğluna evində kitabxana xidməti göstərib.

Qeyd edək ki, Qurbanov Adil Əhməd oğlu 1951-ci ildə Astara şəhərində anadan olmuşdur.Astara şəhər M.Ə.Sabir adına 1 saylı məktəbdə təhsil almış, məktəbi bitirdikdən sonra 1971-1975-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakultəsinə daxil olmuş buranı bitirdikdən sonra 1979-cu ildə Azərbaycan jurnalist sənətkarlığı universitetinə daxil olmuşdur.

Bir müddət doğma rayonunda müəllim sonralar isə “Sovet Astarası ” qəzetində şöbə müdiri, keçmiş Rayon Partiya Komitəsində, Gənclər və İdman İdarəsində, Şəhər İcra Nümayəndəliyində, Astara rayon Təhsil şöbəsində məsul vəzifələrdə çalışmışdır. Astara şəhər 2 saylı tam orta məktəbində Azərbaycan və ədəbiyyat fənnlərini tədris etmişdir.

2007-ci ildən hazırkı dövrədək “Azad qələm” qəzetinin bölgə müxbiri kimi fəaliyyət göstərir.

Adil Qurbanov “Babamın yaddaşından yarpaqlar”, “Narahat ruhlar”, “Pərvanələr yanır”, “Lalələr”, “Sözüm ürəkdə qaldı” kimi kitabların müəllifidir.

2015-ci ildə Türk dünyasının antologiyasında, 2018-ci ildə Çukurova ədəbiyyat dərnəyinin təşkilatçılığı ilə çap olunmuş antologiyasında onun bir sıra şeirləri yer almışdır.

2013-cü ildə təqaüdə çıxmasına baxmayaraq 2017-ci ilə kimi müqavilə əsasında 67 yaşına kimi çalışmışdır. Adil Qurban Azərbaycan Jurnalistlər Birliyinin üzvü , “Qızıl qələm ” mükafatı laureatçısıdır. Hazırda Astara şəhərində yaşayır.