Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Səyyar kitabxana xidməti

04.07.2024

Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşəbbüsü ilə "Hədəf" kurslarının Astara nümayəndəliyində "Səyyar kitabxana xidməti" təşkil olunub.

Xidmət zamanı Uşaq şöbəsinin əməkdaşı Aysel Əhmədova fonda daxil olmuş yeni kitablar haqqında məlumat verib.

Qeyd edək ki, tədbirin təşkil olunmasında məqsəd uşaqların kitablara marağını artırmaq, onları yay tətilində kitabxanaya cəlb etməkdir.