Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması tarixi ədalətin bərpası idi

05.07.2024

Masallı rayon Mərkəzi Kitabxanasında Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması qərarı ilə əlaqədar “Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması tarixi ədalətin bərpası idi” mövzusunda tədbir keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən kitabxananın əməkdaşı Lətafət Əlirzayeva bildirib ki, Prezident İlham Əliyevin 2021-ci il iyulun 7-də “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” imzaladığı tarixi Fərman Vətən müharibəsinin yekunu olaraq ərazi bütövlüyümüzün və suverenliyimizin daha bir təzahürü, respublikada həyata keçirilən sosial-iqtisadi islahatların keyfiyyətcə yeni mərhələsidir.

Sonra kitabxananın digər əməkdaşı Rəşad İsmayılov məruzəsində vurğulayıb ki, ölkə başçısının Fərmanı ilə iqtisadi rayonların sayının 10-dan 14-ə çatdırılması ölkədə daha çevik və səmərəli iqtisadi siyasətin həyata keçirilməsini təmin edəcək.Qeyd olunub ki, hazırda respublikamızın qarşısında duran ən vacib məsələ qələbənin əbədiləşdirilməsi üçün doğma torpaqlarından köçkün düşən insanların öz yurd yerlərinə qayıdışını həyata keçirmək,həmin ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasını təşkil etməkdən ibarətdir.

Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, iqtisadi rayonların yeni təsnifatına yeni adda, yəni Qarabağ və eləcə də Şərqi Zəngəzur iqtisadi rayonlarının adlarının daxil edilməsi həm strateji, həm iqtisadi baxımdan, həm də tarixi baxımdan kifayət qədər önəmli olmaqla yanaşı tarixi ədalətin bərpası idi.