Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda ”Ulu Naxçıvanım” adlı tədbir keçirilib

08.07.2024

Lənkəran Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş "Ulu Naxçıvanım" adlı tədbir keçirilib.

Öncə Ümummilli lider Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Dövlət Himni səsləndirilib.

Tədbiri Giriş üçün söz açan Lənkəran MKS-in direktor v.m.i.e Arzu Rufullayeva qeyd edib ki, Muxtar respublikada son 20 ildə həyata keçirilən quruculuq, abadlıq və yenidənqurma işləri Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyevin adı ilə sıx bağlıdır. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən bu il ərzində əlamətdar tədbirlərin keçiriləcəyi diqqətə çatdırılıb.

Tədbirdə çıxış edən natiqlər Naxçıvanın keçdiyi çətin, eyni zamanda şərəfli inkişaf yolundan bəhs ediblər.

Tədbir şair Salman Məmmədoğlunun və məktəblilərin ifasında səslənən Vətənpərvərlik ruhunda şeirlər ilə davam edib.