Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Adət ənənələrimiz bu gün” mövzusunda tədbir keçirilib

05.07.2024

 Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə maddi, mədəni irsin qorunması və təbliği ilə bağlı olaraq maarfləndirici tədbir keçirilib.

Kitabxanada keçirilən “Adət ənənələrimiz bu gün” başlıqlı tədbirdə təşkilatçı meəssisələrin əməkdaşları iştirak ediblər.

İlk öncə vətənin azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan kitabxananın baş biblioqrafı Günay Xəlilova ölkəmizdə maddi, mədəni irimizin qorunması, inkişafı və təbliği istiqamətində görülən geniş miqyaslı işlərdən danışıb.

Sonra muzeyin kiçik elmi işçisi Dilgüşə Məmmədova çıxış edərək min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən adət və ənənələrin millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynadığını söyləyib.

Daha sonra muzeyin kiçik elmi işçisi Nazənin Heydərzadə və kitabxananın informasiya və texnologiya üzrə mütəxəssisi Arzu Hüseynova mövzu ilə bağlı məruzə ediblər.