Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şair Əyyub Türkay ilə görüş keçirilib

09.07.2024

Lənkəran Mərkəzi Kitabxanasında uşaq ədəbiyyatının istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əyyub Türkayla görüş keçirilib.

Görüş çərçivəsində uşaqlar Lənkəran Mərkəzi Kitabxanasında təşkil olunmuş  ənənəvi kitab sərgisi ilə  tanış olublar. Sərgidə uşaqlara kitablar haqqında məlumat verilib.

Açıq havada təşkil olunmuş tədbiri giriş sözü ilə açan kotabxananın Xidmət şöbəsinin müdiri Xədicə Məmmədova bildirib ki, görüşün məqsədi uşaqlar arasında mütaliə mədəniyyəti və oxu vərdişini formalaşdırmaqdır.

Sonra şair-publisist Əyyub Türkay oxuculara yaradıcılığı haqqında geniş məlumat verib, tədbir iştirakçılarını qələmə aldığı uşaq kitabları ilə tanış edib. Ə.Türkay səmimi görüşün təşkilinə görə Lənkəran Mərkəzi Kitabxanasının rəhbərliyinə təşəkkürünü bildirib.

Təsbirdə şəhər 5 saylı Körpələr evi-uşaq bağçasının "Nəvələr" qrupunun ifası maraqla qarşılanıb.

Yekubda uşaqlara kitab paylanılıb.