Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yanğın təhlükəsindən qorunaq

05.02.2019

5 fevral 2019-ci ildə Cənub Regional Dövlət Yanğına Nəzarət İdarəsinin əməkdaşları  Masallı rayon Mərkəzi Kitabxanasında olmuş, işçilərlə görüş keçirmişlər. Görüş zamanı idarənin böyük inspektoru, daxili xidmət mayoru Vüsal Cavadov, daxili xidmət baş leytnantı Bəyalı Sədrəddinli və daxili xidmət leytnantı Orxan Kərimov kitabxana işçilərini yanğından mühafizə qaydaları haqqında məlumatlandıraraq, yanğından mühafizə vasitələrindən istifadə, təhlükəsizliyə riayət etmə sahəsində məsləhət və tövsiyyələrini vermişlər.