Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

14 iyul: Tərəqqi yolunun başlanğıcı

09.07.2024

 Masallı Tarix Diyarşünaslıq Muzeyi və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinə həsr olunmuş "14 iyul: Tərəqqi yolunun başlanğıcı” mövzusunda dəyirmi masa keçirilib.

Muzeydə keçirilən tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları iştirak ediblər.

İlk öncə dahi siyasi xadim Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan muzeyin kiçik elmi işçisi Dilgüşə Məmmədova ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri və eyni zamanda ulu öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul gününün xalqımızın tarixi taleyində oynadığı misilsiz rolundan danışıb. Vurğulanıb ki, bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir.

Sonra kitabxananın informasiya və texnologiya üzrə mütəxəssisi Arzu Hüseynova və muzeyin kiçik elmi işçisi Nazənin Heydərzadənin məruzələri dinlənilib.