Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev və Azərbaycanda kitabxana işi

08.05.2024

Lerik rayon Mərkəzi Kitabxanasında ulu öndər Heydər Əliyevin anadan olmasının 101-illiyi münasibəti ilə "Heydər Əliyev və Azərbaycanda kitabxana işi" mövzusunda geniş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndərin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxananın direktor əvəzi Şəlalə Ağayeva açaraq Ümummilli lider Heydər Əliyevin Kitabxana işinin inkişaf etdirilməsi, dahi şəxsiyyətin bu sahədəki əvəzedilməz xidmətləri, onun kitabxana sahəsinə olan diqqətindən, qayğısından geniş bəhs edib.

Tədbirdə digər əməkdaşlar da geniş məruzə ilə çıxış ediblər.

Sonra şagirdlərim ifasında Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirib.

Yekunda şagirdlərə kitab hədiyyə olunub.