Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev və müasir Azərbaycan

08.05.2024

Masallı rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Heydər Əliyev və müasir Azərbaycan”mövzusunda tədbir keçirilib.

Masallı rayon Heydər Əliyev Mərkəzinin,Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə gənclər, təşkilatçı qurumların rəhbərləri və əməkdaşları iştirak edib.   

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva bildirmişdir ki,müasir Azərbaycanın dövlətçilik tarixi xalqımızın böyük oğlu ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin banisidir. Sovetlər birliyi dövründə ölkəmizi qabaqcıl respublikalar sırasına çıxaran ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu.

Daha sonra çıxış üçün söz Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyevaya verilib.O bildiribki,müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu,zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir.

Sonda tədbir iştirakçıları üçün Mərkəzin ekspozisiya-sərgi zalında ekskursiya təşkil olunmuşdur.