Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dövlət idarəçiliyində liderlik

07.05.2024

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar - Texnoloji Kollecin tələbələri üçün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Dövlət idarəçiliyində liderlik” adlı dəyirmi masa keçirilib.

Tələbə və gənclərin iştirak etdiyi tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri, onun dünya siyasətindəki rolundan bəhs edilib.

Sonra Ulu Öndərin mənalı ömür yolunu özündə əks etdirən sənədli film nümayiş olunub.