Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda “Heydər Əliyev zirvəsi” adlı konsert təşkil olunub

10.05.2024

 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illik yubileyi ilə əlaqədar Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində konsert təşkil olunub.

Dövlət himninin səsləndirilməsilə başlayan tədbirdə əvvəlcə Ulu öndərin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Heydər Əliyevin həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev Həydər Əliyevin ölkəmizin tarixində, beynəlxalq arenadakı rolundan, demokratik, hüquqi dövlət quruculuğuna və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.

Konsertin bədii hissəsində Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin “Ay lolo” rəqs qrupu, “Babalar “ xor kollektivi, “İrs” ansanblının solisti Mətanət Babayeva, Cəfər Səlimov və “Nənələr” xalq folklor kollektivi çıxış edib.