Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ölümsüzliyə qovuşan qəhrəman

07.02.2019

7 fevral 2019-cu ildə Masallı rayon Mərkəzi kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Milli Qəhrəmanın doğum günündə təşkil olunan tədbirdə kitabxananın əməkdaşı Lətafət Əlirzayeva çıxış edərək bildirib ki, Mübariz İbrahimov təkbaşına düşmən üzərinə yeriyərək çoxlu sayda hərbçisini məhv edib, bu cəsarətli addımı ilə onlara psixoloji və mənəvi cəhətdən zərbə endirib. Öz adını xalqımızın qəhrəmanlıq səlnaməsinə qızıl hərflərlə həkk etdirən Mübariz İbrahimovun misilsiz qəhrəmanlığı ilə əsl vətənpərvərlik nümunəsi göstərərək gənclər arasında döyüş ruhunun yüksəlməsinə səbəb olduğunu qeyd etdi.