Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada “Sən Elə Bir Zirvəsən “ adlı konsert proqramı təşkil olunub

10.05.2024

Ulu öndər Heydər Əliyevin 101 illiyi ilə əlaqədar Astara Dəniz kənarı Park bulvar kompleksində Astara rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Sən Elə Bir Zirvəsən “ adlı konsert proqramı keçirilib.

Ümumrayon tədbirində rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə,müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri,qazilər, müharibə iştirakçıları eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.

Konsert proqramı mədəniyyət mərkəzinin solistlərinin, “Sevinc mahnı və rəqs asnanblının” ifaları ilə davam edib.

Tədbir atəşfəşanlıqla yekunlaşıb.