07.05.2024
Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin və Astara Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə kitabxanada "Narkotikə yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədirdə Astara Rayon Polis Şöbəsinin əməkdaşı, polis polkovnik-leytenantı Emil Muatafayev, YYÇPİTQ -nun inspektoru baş leytenant İxtiyar Arizzadə, Astara rayon İcra Hakimiyyəti Başçısının müavini Firəngiz Sadıxova, Astara rayon Gənclər və İdman sektorunun müdiri Rufan Şirinov,Astara rayon Mərkəzi Xəstəxanasının həkimi Fuad Səmədov, M.Ə.Sabir adına şəhər 1, Z.Bünyadov adına şəhər 2 saylı tam orta məktəblərinin kollektivləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan polis polkovnik-leytenantı Emil Mustafayev narkomaniyanın səbəb olduğu ağır fəsadlardan,narkotik vastələrin qanunsuz dövriyyəsinə qarşı polis orqanların tərəfindən aparılan qətiyyətli mübarizədən və əldə olunan nəticələrdən danışıb.O, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanının törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusi ilə aktual xarakter daşıdığını,narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərinin diqqət mərkəzidə olduğunu və bu istiqamətdə mühüm tədirlər həyata keçirdiyini bildirib.
Tədbirdə çıxış edən Mərkəzi kitabxananın Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova Narkotik vastələrin zərərləri ilə bərabər olaraq,günümüzün əsas məslələrindən biri olan erkən nikahın fəsadlarından da bəhs edib.
Çıxışlarda narkomaniyanın fəsadları ,narkotik aludəçilərinin müalicə praseduru,onların yenidən cəmiyyətə inteqrasiyası,normal həyat tərzinə qayitması üçün görülməsi vacib olan işlərdən söhət açılıb,yeni yetmə və gənclərlə təşkil edilən belə görüşlərin əhəmiyyəti yüksək dəyərləndirilib.
Sonra "Narkotikə yox deyək!"adlı maarifləndirici videoçarx nümayiş olunub.
Sonda mövzu ilə əlaqədar sərgiyə baxış keçirilib.