Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Böyük Vətən Müharibəsində

07.05.2024

Astara Tarix–Diyarşünaslıq Muzeyində 1941-1945 Böyük Vətən Müharibəsindəki Qələbənin 79-cu ildönümü ilə əlaqədar “Azərbaycan Böyük Vətən Müharibəsində”  mövzusunda  tədbir  keçirilib

Tədbirdə Şahağacı kənd 1 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi  bir dəqiqləlik  sükutla yad olunub.

Tədbiri giriş sözü ilə muzeyin direktor vəzifəsini icra edən Şahin Əliyev açaraq qeyd edib ki, ikinci dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdur. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir.  22 İyun 1941-ci ildə Azərbaycan SSRİ-nin tərkibində alman-faşist işğalçıları ilə Böyük Vətən müharibəsinə qoşuldu. 1941-1945-ci illərdə faşist Almaniyası ilə mübarizədə 600 mindən çox Azərbaycanlı iştirak edirdi. Alman komandanlığı Bakının neftinə xüsusilə fikir veriridi. Qafqaz uğrundakı döyüşlərdə almanların əsas hədəfi var idi    -    Bakını və onun neft-qaz sanyesini nəzarətə götürmək. Azərbaycan SSR ərazisində 87 batalyon, 1124 özünümüdafiə, 5 piyada dəstələri yaradılmışdır. Azərbaycanın Ümmili Lideri  Heydər Əliyev demişdir: “Azərbaycan xalqı İkinci dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl sücaət və əzımkarlıq nümunələri göstərmişdir”.

Sonra mövzu ilə bağlı muzeyin şöbə müdiri Vüsalə Xocaxanova geniş məruzə edib.