Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda ”Heydər Əliyev İrsi” adlı intellektual bilik yarışı keçirilib

02.05.2024

 Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunnuş intellektual bilik yarışı keçirilib.

Dövlət qurumları arasında keçirilən intellektual yarışda Lənkəran - Astara Regional Təhsil İdarəsinin, Sosial Xidmətlər Agentliyinin Lənkəran - Astara Regional Filialının, Məşğulluq Agentliyinin Lənkəran - Astara Filialının, Lənkəran ASAN Xidmət Mərkəzinin, Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin və Lənkəran - Astara Regional Mədəniyyət İdarəsinin komandaları iştirak ediblər.

Gərgin keçən intellektual mübarizədə Lənkəran - Astara Regional Təhsil İdarəsinin "Bellator" komandası 1-ci, Lənkəran “Asan xidmət” mərkəzinin “Asan” komandası 2-ci yeri, Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara Regional Filialı 3-cü yeri qazanıb.

Qalib komandalara Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin kubok, diplom və medalları təqdim olunub.