Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nağıl saatı

03.05.2024

Masallı rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə Şəkərbala uşaq bağçasında “Nağıl saatı” təşkil olunub.

Uşaq şöbəsinin əməkdaşı Esmira Ağarzayeva uşaqlar üçün “Ayı sənə nə dedi” nağılını oxuyub.

Uşaqlar oxunan nağılı böyük maraq hissi ilə qarşılayıblar.

Qeyd edək ki, Nağıl saatının keçirilməsində məqsəd uşaqlarda dünyagörüşü formalaşdırmaq və onlara məntiqi düşüncə qabiliyyətini aşılamaqdır.