Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada 9 May-Faşizm üzərində Qələbənin ildönümü ilə əlaqədar tədbir keçirilib

03.05.2024

Astara rayon Mərkəzi Kitabxanasının Oxuculara Xidmət şöbəsinin əməkdaşları iştirakı ilə 9 May-Faşizm üzərində qələbənin 79-cu ildönümü ilə bağlı Astara şəhər Ziya Bünyadov adına 2 saylı tam orta məktəbində tədbir keçirlib.

Əvvəlcə Vətənin azadlığı uğrunda qanından və canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə kitabxananın əməkdaşı Aygün İmaməliyeva çıxış edərək bildirib ki, 9 May-Faşizm üzərində Qələbə Günü təntənəli surətdə qeyd olunur. Bu qələbə heç də asan əldə olunmayıb. Yüzlərlə, minlərlə həmvətənlərimiz bu qələbə naminə canlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq və həm də doğma Azərbaycan torpağını qoruyublar.

Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızının amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə çalışanların isə əmək rəşadəti dillər əzbəridir və bugünki nəsillər üçün daim örnək olaraq qalacaqdır.