Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Naxçıvanın qədim abidələri

03.05.2024

Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı rayon Mərkəzi Kirabxanasının birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair Tədbirlər Planı”na əsasən “Naxçıvanın qədim abidələri” mövzusunda dəyirmi masa keçirilib.

Muzeydə keçirilən tədbirdə təşkilatçı müəssisənin əməkdaşları ilə yanaşı Lənkəran-Astara Regional Məşğulluq filialının Masallı rayon xidmət şöbəsinin, Masallı Dövlət Regional Kollecinin və bir qrup mədəniyyət işçiləri iştirak ediblər.

Tədbir öncəsi şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva ölkə başçısı tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” və 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamın Naxçıvanın zəngin dövlətçilik tariximizdə, ölkəmizin inkişafında mühüm yer tutduğunun göstəricisi olmasından danışıb.

Sonra muzeyin əməkdaşı Sevinc Əliyeva “Naxçıvanın tarixi abidələri “ mövzusunda geniş məruzə edib.

Tədbirdə qonaq qismində iştirak edən Lənkəran-Astara Regional Məşğulluq filialının Masallı rayon xidmət şöbəsi müdiri, Naxçıvan bölgəsindən olan Səfər Hüseynov Naxçıvan haqqında tədbir iştirakçılarını maraqlandıran suallara cavab verib.

Yekunda “Naxçıvanın qədim abidələri” adlı videoçarx nümayiş olunub.