03.05.2024
Astara Tarix-Diyarşünaslıq Muzeyində Ulu Öndər Heydər Əliyevin 101 illiyi ilə əlaqədar “Müstəqill Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ərçivan qəsəbə Fuad Qasımov adına 1 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak etdiblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqləlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə muzeyin direktor vəzifəsini icra edən Şahin Əliyev açaraq qeyd edib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş ümumilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.
Sonra muzeyin kiçik- elmi işçisi Çiçək Axundova mövzu ilə bağlı geniş məruzə edib.