03.05.2024
Masallı rayon Mərkəzi Kitabxanasında 3 May-Ümumdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Lətafət Əlirzayeva bildirib ki, azad sözün şərəfinə elan olunmuş ümumdünya mətbuat azadlığı günü “soyuq müharibə” dövrünün başa çatması ilə yer kürəsinin vahid informasiya məkanına çevrilməsinin məntiqi nəticəsi kimi ortaya çıxmışdır.
Sonra kitabxananın digər əməkdaşı Rəşad İsmayılov iştirakçıların diqqətinə çatdırıb ki, 1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü elan olunub. Ümummilli lider Heydər Əliyevin ölkə mətbuatına göstərdiyi qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2005-ci il mayın 31-də Milli mətbuatımızın 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı bu sahəyə olan diqqət və qayğının bariz nümunəsi olub. Qeyd olunub ki, 3 may- Ümumdünya Mətbuat Azadlığı Gününün geniş qeyd edilməsi artıq ölkəmizdə də ənənə halını almışdır. Bu gün münasibətilə bir sıra tədbirlər keçirilir, dövlət qurumlarının və KİV-lərin nümayəndələri bu sahədə mövcud durumunu müzakirə edirlər.