Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda ”Gender bərabərliyindən danışaq” adlı təlim keçirilib

04.05.2024

Masallı rayon Heydər Əliyev Mərkəzində gənclər üçün "Gender bərabərliyindən danışaq" adlı təlim keçirilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşı, təlimçi Orxan Əliyevin təqdimatında keçirilən təlim zamanı gənclərə

-Gender nədir

-Gender və cins

-Gender əsaslı zorakılıq

-Gender əsaslı stereotiplər

-Gender bərabərliyi

-Gender bərabərsizliyi

-Ayrı-seçkilik mövzularından danışılıb, qrup işləri və rollu oyunlar icra olunub.

Qeyd edək ki, təlim Avropa Şurası Avropa Gənclər Fondunun dəstəyi, "Gender Hub Azerbaijan"nın təşkilatçılığı ilə həyata keçirilən “Gender Matters: İnsan hüquqları təhsili vasitəsilə icma liderləri üçün bərabərliyin təşviqi” layihəsinin davamlılıq mərhələsi çərçivəsində həyata keçirilir və Gənclər İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin Masallı bölməsinin tərəfdaşlığı, Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə icra olunub.