Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda ”Sən Elə Bir Zirvəsən” adlı tədbir keçirilib

04.05.2024

Lənkəran şəhər Mərkəzi Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş "Sən Elə Bir Zirvəsən" adlı tədbir keçirilib.

Öncə Ümummilli Lider Heydər Əliyevin və Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə kitabxananın Xidmət Şöbəsinin baş kitabxanaçısı Afaq Mirzəyeva açaraq dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqqında geniş məruzə ilə çıxış edib.

Sonra çıxış edən natiqlər Dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin Elm, təhsil, Mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi yüksək diqqət və qayğıdan danışıblar.

Daha sonra Lənkəran şəhər Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş "Mən Fəxr Edirəm Azərbaycanlıyam" adlı şeir müsabiqəsi qaliblərinin təltif olunma mərasimi baş tutub.

Tədbirin bədii hissəsi tanınmış incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı ilə davam edib.

Sonda xatirə şəkli çəkdirilib.